[Nəqərat]
Yansın dilim ağzımda, desəm, nazını az et
Naz et mənə, ey sevgili canan, mənə naz et
Əvvəl baxışında məni heyran eylədin sən
Bir incə gülüşlə ürəyim qan eylədin sən
Sonra məni bir lütf ilə xəndan eylədin sən
Zalım qızı, axır məni Sənan eylədin sən
Xəlq eyləmiş öz keyfi gələndə səni Tanrı
Öldür, bu bəladan məni qurtar, səni tarı
[Bənd 1]
Vaiz, elə zənn eyləmə haqqı danar aşiq
Nə Kəbə, nə də bütxanə, nə məscid qanar aşiq
Lakin özünü haqq sevən insan sanar aşiq
Dünyada, fəqət, bircə məhəbbət qanar aşiq!
[Nəqərat]
Yansın dilim ağzımda, desəm, nazını az et
Naz et mənə, ey sevgili canan, mənə naz et
Əvvəl baxışında məni heyran eylədin sən
Bir incə gülüşlə ürəyim qan eylədin sən
Sonra məni bir lütf ilə xəndan eylədin sən
Zalım qızı, axır məni Sənan eylədin sən
Xəlq eyləmiş öz keyfi gələndə səni Tanrı
Öldür, bu bəladan məni qurtar, səni tarı
[Bənd 2]
Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə
Az qaldı ki, ruhum uça, can qalmaya məndə
Hərdən bu gözəl xilqətə min razü niyaz et
Naz et mənə, ey sevgili canan, mənə naz et
Mənə naz et
Bakı şəhərin hər kim onu eyləmiş icad
Tanrı eləsin ruhunu aləmdə görüm şad
Daim bu gözəl xilqətə min razü niyaz et
Naz et mənə, ey sevgili canan, mənə naz et!
Mənə naz, naz et