[Bənd: BadClause]
Uzağam şәhәrdәn
Soyuq qalır qucağım sәhәrlәr
Üzümә dә baxmadın heç
Xәtrimi qırdın sәnә uzananda әllәr
Qәlbim can verәndә ruhum
Günlәr ötdükcә usanar bәdәndәn
Gedibdir ömrüm, uzaqdır mәndәn
Görәndә deyir - “o qız usanıb dünәndәn”
Mәsafә dostundur, yanına düşmәnәm
Bәlkә dә yadına düşmәrәm
Yadına düşsә, mәn gәlmişdim
Dar günündә fәryadına düşünmәdәn
Onu gecә qucaqla, çәk gündüz әlini
Elә şeylәr var sәnsiz düzәlmir
Sevilmәyәn şair şeirini üzәrmi?
Var hәyatlar ki, xәyallardan gözәldir!
Mәn qıraram onun әlini
Toxunsa әgәr ki, zülfünә әğyar
Dedilәr sәni çox üzüb o
Bir də göz yaşı qatıbdır hüsnünә әclaf!
Yoxluğun әl çәkmir, sәnsiz mәnim
Üstümә gәlir elә büsbütün hәr yan
Dәrdimә yoldaş olmuşam deyә
İllәrdir mәndәn küsübdür dәrmanım
Hüznlü hәr halım, gizlәnirәm aynalardan
Mәni belә görmәsinlər
Xatirәlәr ölür, ölüm nәfәsindә
Hәbs elәdin mәn ömür qәfәsinә
Günәş oldun yad dünyalara
Mәnim bir otaqlı evimdә ölәndә fәsillәr
Sәn danışarsan xoş nağıllar mәnә
Mәn sәn susanda öpәrәm sәsindәn
[Nəqərat: BadClause]
Gözlәrindә axtaranda tapmadım mәni mәn
Yazmaq istәdikcә yazdım ama ölmәdi qәm
Gedişin әzbәrimdә, dәymәdi әlin әllәrimә
Baxışım bağırırdı, amma dodaqlarım dinmәdilәr
Gözlәrindә axtaranda tapmadım mәni mәn
Yazmaq istәdikcә yazdım ama ölmәdi qәm
Gedişin әzbәrimdә, dәymәdi әlin әllәrimә
Baxışım bağırırdı, amma dodaqlarım dinmәdilәr
[Nəqərat: Zeus Kabadayı]
Gözlerinde aradığımda bulamadım beni ben
Yazmak istedikçe yazdım, amma ölmedi gam
Gidişin ezberimde, değmedi elin elime
Bakışım bağırıyor, dudaklarım dinmediler