Elnarə Xəlilova
Vətən Dedim
[Bənd 1]
Xəfif yeldən titrəyən
Yarpağına vətən dedim
Yanıq, quru, göy kəklikli, boz qumrulu
Torpağına vətən dedim
Dağlarının köpük-duman
Duvağına Vətən dedim
Tarixinin yaxınına-uzağına
Vətən dedim
[Nəqərat]
Bağlarının
Yasəmənli budağına
Vətən dedim
Tənha, ucqar bir daxmada
Yanan nurlu çırağına
Vətən dedim
Bağlarının
Yasəmənli budağına
Vətən dedim
Tənha, ucqar bir daxmada
Yanan nurlu çırağına
Vətən dedim
[Keçid]
Vətən dedim
Vətən dedim
Vətən dedim
[Bənd 2]
Gənclərinin nəğmə-nəğmə
Dodağına vətən dedim
Ürək kimi gecə-gündüz hərəkətli
Meydanına vətən dedim
Bu gününə, dövranına
Zamanına vətən dedim
Dalğalanan al şəfəqli
Bayrağına vətən dedin
[Nəqərat]
Bağlarının
Yasəmənli budağına
Vətən dedim
Tənha, ucqar bir daxmada
Yanan nurlu çırağına
Vətən dedim
Bağlarının
Yasəmənli budağına
Vətən dedim
Tənha, ucqar bir daxmada
Yanan nurlu çırağına
Vətən dedim
[Çıxış]
Vətən dedim
Vətən dedim
Vətən dedim