Elnarə Xəlilova
De Görüm, Neyləmişəm
[Bənd 1]
Qaş-qabağın yerlə gedir
De görüm, neyləmişəm?
Ürəyim gup-gup edir
De görüm, neyləmişəm
Bir günahım yoxdur, inan
Varsa, de, olum qurban
Dözmərəm bu hala mən
Ölürəm, az qala, mən
[Nəqərat]
Bir mənə bax, naz eyləmə
Bir mənə bax, naz eyləmə
Naz eyləmə, naz eyləmə
Bir mənə bax, naz eyləmə
Naz eyləmə, naz eyləmə
Qaş-qabaq tökmə belə
De görüm, neyləmişəm?
Gəl mənə naz etmə belə
De görüm, neyləmişəm?
Qaş-qabaq tökmə belə
De görüm, neyləmişəm?
Gəl mənə naz etmə belə
De görüm, neyləmişəm?
[Bənd 2]
Kim nə deyib, söylə görüm
Səni yoldan eləyib?
Kim sənə nə danışıb
Məni xortdan eləyib?
Haradadır o mərdimazar?
Onu qoy tutsun azar
Kefimə, sən bu canı
Doğrama gəl soğanı
[Nəqərat]
Bir mənə bax, naz eyləmə
Bir mənə bax, naz eyləmə
Naz eyləmə, naz eyləmə
Bir mənə bax, naz eyləmə
Naz eyləmə, naz eyləmə
Qaş-qabaq tökmə belə
De görüm, nеyləmişəm?
Gəl mənə naz etmə belə
De görüm, nеyləmişəm?
Qaş-qabaq tökmə belə
De görüm, neyləmişəm?
Gəl mənə naz etmə belə
De görüm, neyləmişəm?
Gəl mənə naz etmə belə
De görüm, neyləmişəm?
Qaş-qabaq tökmə belə
De görüm, neyləmişəm?
Gəl mənə naz etmə belə
De görüm, neyləmişəm?
Qaş-qabaq tökmə belə
De görüm, neyləmişəm?
De görüm, neyləmişəm?
De görüm, neyləmişəm?
[Çıxış]
De görüm, neyləmişəm?