Elnarə Xəlilova
Mənə Görə
[Nəqərat]
Mənə görə gözlərindən
Axsın bir yaş damlası
Qoy göy qurşağı kimi
Əlvan rənglər oynasın

Bu, qəlb oyunu
Dadı min illik şərabdan acı olsa da
Nə olar, yada sal məni
Nə bilərdik, alınmasın

[Bənd 1]
Sənə görə üz-göz olmağım
Səbəbdirmi dünyayla?
Bu oyunda qalib qalmağım
Ondan mənə nə fayda?

İllərdir gücsüz olmağım
Ayıldım vaxtında
Sən sanki padşah, mən günah
Çox qalma taxtında

[Keçid]
Hər eyni ünvanda
Xəyallar qovuşanda
Gözlərində ümid var
Gözlərində kədər
Bir anlıq yalanlar
Saxlamır o anda
Dumanlanır beynim
Saxta təbəssümün qədər

[Nəqərat]
Mənə görə gözlərindən
Axsın bir yaş damlası
Qoy göy qurşağı kimi
Əlvan rənglər oynasın

Bu, qəlb oyunu
Dadı min illik şərabdan acı olsa da
Nə olar, yada sal məni
Nə bilərdik, alınmasın

Mənə görə gözlərindən
Axsın bir yaş damlası
Qoy göy qurşağı kimi
Əlvan rənglər oynasın

Bu, qəlb oyunu
Dadı min illik şərabdan acı olsa da
Nə olar, yada sal məni
Nə bilərdik, alınmasın