Elnarə Xəlilova
Ay Dərya Kənarında
[Bənd 1]
Ay, dərya kənarında
Bir ev tikmişəm
Ay, hasarın çəkmişəm
Üstün örtmüşəm
Ay, bu gələn gözələ
Gözüm dikmişəm
[Nəqərat]
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
[Bənd 2]
Ay, əlinə al, çalıb
Dindir sazını
Ay, mən çəkərəm hər dəm
Sənin nazını
Ay, şəmsi-qəmər kimi
Göstər üzünü
[Nəqərat]
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
[Bənd 3]
Ay, fikri-xəyalındır
Könlüm zinəti
Ay, şirin sözlərindir
Ağzım ləzzəti
Ay, sənsən mənim ömrüm
Günüm vəhdəti
[Nəqərat]
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
Bağçada güllər
Oxur bülbüllər
Belə deyirlər
Elə yaz gəlir
Gəlir...