Elnarə Xəlilova
Yaralı Durna
[Bənd 1]
Dilbər könlüm aramı
Yoxdur könlüm aramı
Dilbər könlüm aramı
Yoxdur könlüm aramı
Sən ki təbib deyildin
Neçin açdın yaramı, durnam?
[Nəqərat]
Sən haralısan, durnam?
Mən buralarda durmam
Gedəlisən, əsmər yarım
Gəl, sinəm üstə dolan
Gedəlisən, əsmər yarım
Gəl, sinəm üstə dolan
Gəl, ey nazlı durnam
Gəl, ey nazlı durnam
[Bənd 2]
Qarpız kəsdim, yeyən yox
''Halın necə?'' deyən yox
Qarpız kəsdim, yeyən yox
''Halın necə?'' deyən yox
Yarım mənlə barışıb
''Gözün aydın'' deyən yox, durnam
[Nəqərat]
Sən haralısan, durnam?
Mən buralarda durmam
Gedəlisən, əsmər yarım
Gəl, sinəm üstə dolan
Gedəlisən, əsmər yarım
Gəl, sinəm üstə dolan
Gəl, ey nazlı durnam
Gəl, ey nazlı durnam
[Bənd 3]
Qarpız kəsdim nar kimi
Dilimlədim nar kimi
Qarpız kəsdim nar kimi
Dilimlədim nar kimi
Gördüm yarın əllərini
Gecə yağmış qar kimi, durnam
[Nəqərat]
Sən haralısan, durnam?
Mən buralarda durmam
Gedəlisən, əsmər yarım
Gəl, sinəm üstə dolan
Gedəlisən, əsmər yarım
Gəl, sinəm üstə dolan
Gəl, ey nazlı durnam
Gəl, ey nazlı durnam