Elnarə Xəlilova
Olsaydın
Bənd 1
Dönüb yağış olsaydın, yağardın üstümə
Dönüb külək olsaydın
Dönüb günəş olsaydın, gələrdin evimə
Otağımda bir şam olsaydın...

Nəqərat
Olmazdı ümidsiz günlər, həyat nağıl olsaydı
Olmazdı uzun gecələr, sevmək asan olsaydı

Bənd 2
Dəli sərçə olsaydın, qonardın çiynimə
Mənim sevdiyim insan olsaydın, uçardın göylərə
Qulağımda sırğa olsaydın, nələr söyləyərdin sən mənə?
Dodağımda boya olsaydın...

Nəqərat
Olmazdı ümidsiz günlər, həyat nağıl olsaydı
Olmazdı uzun gecələr, sevmək asan olsaydı
Son dəfə məni görmək sənə asan olsaydı
Olmazdı dayanan ürək, gözlərinə baxsaydım. (Gözlərinə baxsaydım)
Gözlərinə baxsaydım...