[Bənd 1]
Səni o çox incidirsə
Telefonun gizlədirsə
Sənə cavab vermirsə
Gözlərindən çəkinirsə
[Nəqərat]
Ay qız, oyan, o axı sevmir səni
Ay qız, oyan, sındıracaq qəlbini
Bəsdir, dayan, axı istəmir səni
Daşdır onun ürəyi
Sevgi onunçün yalan
Ay qız, oyan, aldadacaq başını
Deyir yalan, tapacaq başqasını
Ay qız, oyan, sil gözünün yaşını
At tərsliyin daşını
Daha bəsdir, ağıllan
[Bənd 2]
Ağ atlı şahzadələr yox
Nağıl çox, qəhrəmanlar yox
Bircə dəfə ona de: “Yox”
Göydən yerə enməkdən qorx
[Nəqərat]
Ay qız, oyan, o axı sevmir səni
Ay qız, oyan, sındıracaq qəlbini
Bəsdir, dayan, axı istəmir səni
Daşdır onun ürəyi
Sevgi onunçün yalan
Ay qız, oyan, aldadacaq başını
Deyir yalan, tapacaq başqasını
Ay qız, oyan, sil gözünün yaşını
At tərsliyin daşını
Daha bəsdir, ağıllan
[Bənd 3]
Aç gözlərini, qız, at ağzına saqqız
Yenə nə istəyir o? “Alo” nə, alo?
Yenə də, hə, yenə yazır gözəlçələrinə
Sənsə mız-mız, zır-zır, bəsdir, ağladın
Ay oğlan, kişi ol, ''fake'' yox, özün ol
Tap özünə kukla, onu sındır, azdır, tulla, ''bla, bla, bla, bla''
Saxta Romeo söhbəti, gah forte, gah piano
''Stop! Oh, mamamio''
Nəyinə lazım şorgöz oğlan?
Az, ağıllan
[Nəqərat]
Ay qız, oyan, o axı sevmir səni
Ay qız, oyan, sındıracaq qəlbini
Bəsdir, dayan, axı istəmir səni
Daşdır onun ürəyi
Sevgi onunçün yalan
Ay qız, oyan, o axı sevmir səni
Ay qız, oyan, sındıracaq qəlbini
Bəsdir, dayan, axı istəmir səni
Daşdır onun ürəyi
Sevgi onunçün yalan
Ay qız, oyan, aldadacaq başını
Deyir yalan, tapacaq başqasını
Ay qız, oyan, sil gözünün yaşını
At tərsliyin daşını
Daha bəsdir, ağıllan