Elnarə Xəlilova
Xocalı
[Bənd 1]
Xocalı körpələri heç vaxt böyüməyəcək
Onların arzuları gözlərində gömüldü
Sağ qalanlarsa, bəlkə də, yaşayacaq
Dəhşətin ruhu onlarda qalanacaq

Axı nə etmişdilər onlar
Doğulmaqmıydı suçları?
Eşidildimi harayları
Ərşə qalxdıqca fəryadları?

[Nəqərat]
Qırıldı analar, uşaqlar
Hər kəs şahid ola-ola
Məsumluq bir daha məhv oldu

Qırıldı analar, uşaqlar
Hər kəs şahid ola-ola
Və dünya buna bir daha susdu

Məsumluq bir daha məhv oldu
Və dünya buna bir daha susdu
Məsumluq bir daha məhv oldu