Elnarə Xəlilova
Yenə
[Bənd 1]
Bugünkü tanışlıq bir nağıl kimi
Qarışdı ömrümün xəyallarına
Susqun bir baxışla baxdın üzümə
Gözlərim vuruldu baxışlarına

Bugünkü tanışlıq bir nağıl kimi
Qarışdı ömrümün xəyallarına
Susqun bir baxışla baxdın üzümə
Gözlərim vuruldu baxışlarına

[Nəqərat]
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə

[Bənd 2]
Kim bilir, neçə dərd gizlədirsən sən
O susqun baxışda, qəmli gözlərdə
Kim bilir, bəlkə də, acı çəkirsən
Gizlədirsən bunu boş gülüşlərdə

[Nəqərat]
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, yenə (yenə)
[Bənd 3]
Sənin baxışında qəmli bir keçmiş
Mənim gözlərimdə əlçatmaz sevgi
Sənin baxışında coşan bir arzu
Mənim gözlərimdə həsrət qorxusu

[Nəqərat]
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə, mənimsən yenə
Yenə, yenə mənimsən