Elnarə Xəlilova
Plagiata Yox
[Giriş]
Gəlin çəkin bizi
Gəlin çəkin bizi
Gəlin çəkin bizi
Gəlin çəkin bizi

[Bənd 1: Elşad Xose]
Oyunuma sən tək girsən, bunu bilsən
Atan, anan yada salar yüz dənə bəstəkar
Peyda oldu əzəldən, minlərlə mahnılar yazıldı birdən
(Bəs deyin) Hanı, hanı onlar? Qaldı geridə
Musiqimiz tonlarla gedir efirə
3, 2, 1, musiqidə təmir
Kimin səsi taxta, kimin səsi dəmir
Gəlir gəlir, kimə-kimə toydan
Kimə-kimə sağdan, kimə-kimə soldan
İkimiz, üçünüz, hamımız sanki birimiz
Əcnəbi musiqiyə həmişə var meylimiz
Bəlkə yetər, bəlkə bu həvəs bitər
Yenə yaranır şou-kriminal
Gəlin çəkin bizi

[Nəqərat: Elnarə, Elşad Xose]
Silinsin birdən bütün musiqi evdən
Tapılar birdən ''plagiat''a yox deyən
Gəlin çəkin bizi
Yazılsın birdən bütün musiqi evdə
Tapılar yenə ''plagiat'' ifa edən
[Bənd 2: Elşad Xose, Elnarə]
Ən vacib məqamda, ''plagiat''ı yazanda
Qoy işığı söndürüm
Əgər tapılmasa ''plagiat'', get özünü at
Pəncərə, Pəncərə
Bir axşam röyada üstümə çıxdı
Aramıza girən aradan çıxdı
Yalan sözlər ''plagiat''a yatmır
Yalan sözlər yuxudan oyatmır
İstəyirsən, bunu yaz, istəyirsən, bunu poz
Yenə ''plagiat'' var, yenə efirdədir Xos
Yenə yerlə gedəcək çoxunun qaşı-qabağı
Yenə girəcək çoxunun başı-papağı
Baş barmağı qalacaqdım üstündə
Yazanda mahnı efirdən
Gəlin çəkin bizi

[Nəqərat: Elnarə, Elşad Xose]
Silinsin birdən bütün musiqi evdən
Tapılar birdən ''plagiat''a yox deyən
Gəlin çəkin bizi
Yazılsın birdən bütün musiqi evdə
Tapılar yenə ''plagiat'' ifa edən

[Bənd 3: Elşad Xose]
Özü-özünü tanıdaraq
Başqalarının mahnılarını oxuyaraq
Özünü vurur ora-bura
Öz efirinə yata, qala, ya da dura
Ona-buna zəng vura
Qalmaqal qura-qura
Çox söz deyir, amma çətin dalında dura
Aman Allah, sən saxla bizi, hamı tanısın musiqimizi
Gələ-gələ, uça-uça, üzə-üzə
Musiqiyə boş sözləri düzə-düzə
Cürbəcürələri çıxır üzə
Gəlin çəkin bizi
[Nəqərat: Elnarə, Elşad Xose]
Silinsin birdən bütün musiqi evdən
Tapılar birdən ''plagiat''a yox deyən
Gəlin çəkin bizi
Yazılsın birdən bütün musiqi evdə
Tapılar yenə ''plagiat'' ifa edən

Silinsin birdən bütün musiqi evdən
Tapılar birdən ''plagiat''a yox deyən
Gəlin çəkin bizi
Yazılsın birdən bütün musiqi evdə
Tapılar yenə ''plagiat'' ifa edən