Elnarə Xəlilova
Naz Edərəm
[Bənd 1]
Məni oda salma
Çünki ürəyimin qapısı hamıya açıqdır
Bir də yada salma, elə bilmə
Bu sözlərim həqiqət yox, acıqdır

Sevgi bir adadır
Orada Ay gecənin, Gün səhərin çırağı olar
Küsməksə ədadır
Bulud göydən ayrılarsa, yerin qonağı olar

Yuxuna qarışıb var olaram
Səninlə küsə-küsə barışan yar olaram
Yuxuna qarışıb var olaram
Səninlə hər an küsüb-barışan yar olaram
Yar olaram

[Nəqərat]
Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

[Bənd 2]
Araya söz qatma
Indi yüz cür dona girəcəksən, bunu bilirəm
Mənə yalan satma
Mənim özümdə az yoxdur, yenə səni sevirəm
Araya söz qatma
İndi yüz cür dona girəcəksən, bunu bilirəm
Mənə yalan satma
Mənim özümdə az yoxdur, yenə səni sevirəm

Yuxuna qarışıb var olaram
Səninlə küsə-küsə barışan yar olaram
Yuxuna qarışıb var olaram
Səninlə hər an küsüb-barışan yar olaram
Yar olaram

[Nəqərat]
Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

[Bənd 3]
Yuxuna qarışıb var olaram
Səninlə küsə-küsə barışan yar olaram
Yuxuna qarışıb var olaram
Səninlə hər an küsüb-barışan yar olaram
Yar olaram
[Nəqərat]
Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini yanıqlı saz edərəm
Belə naz edərəm!

Naz edərəm, naz edərəm
Naz edərəm, naz edərəm
Naz edərəm