[Giriş: Elşad Xose]
Gənclik, gənclik, gənclik, gənclik
Gənclik, gənclik, gənclik, gənclik
[Bənd 1: Elşad Xose]
Gənclik - həyatın ən coşan anları
Gülərüzlə qarşıla gülərüz insanları
Həyatda çox şey çəkir bizi sınağa
Qiymət verir bizə başdan-ayağa
Gənclik - həyatın ən böyük dərsi
Hər kəsin öz yaşamaq tərzi
Kaş ki hər uşağa məktəb vaxtından
Verilsin böyük-kiçik dərsi
Kimin ürəyincə tələbə həyatı
Rep musiqi olub gənclər ədəbiyyatı
Tələbənin qiymət almağı üçün
Ya gərək pulu çox olsun, ya da kitabı
Gün gələr, yenə cavan olmaq istərik
Hər xoş günümüzü salarıq yada
Çox şey təzədən eləmək istərik
Hələ ki gəncik, gəlin həzz alaq
[Nəqərat: Elnarə]
Gənclik, zaman bizimdir, ləzzət alırıq hər bir andan
Gənclik, həyat şirindir, doymuruq onun dadından
Gənclik, verin səs, uzaqdan bizi eşitsin hər kəs
Gənclik, elə bilmə, təksən
Gəl bizə qoşul, çünki gəncsən
[Bənd 2: Elşad Xose]
Ətraf necə də rəngarəngdir
Hər günü maraqla vururuq başa
Ürəyimiz təmiz, geniş, nəhəngdir
Belə ürəklə də yaşa və yaşa!
Dostdan-tanışdan gündə min zəng
Kimi bizimlədir, kimisə qürbətdə
Fərqi yox, ətrafda olan mühitdən
Bu gün şəhərdəyik, sabah isə kənddə
Gəncliyi uşaq evində keçən
Fikirləşmə ki, həyatda təksən
Danış və gül, çünki çətin gün keçər
Gəl bizə qoşul, çünki gəncsən
Gəncimiz var ki, dünyaya səs salıb
Başqa ölkədə bayrağı qaldırıb
Düşmən üzərində qələbə çalıb
Əhsən, halal olsun sənə, çünki gəncsən
[Nəqərat: Elnarə]
Gənclik, zaman bizimdir, ləzzət alırıq hər bir andan
Gənclik, həyat şirindir, doymuruq onun dadından
Gənclik, verin səs, uzaqdan bizi eşitsin hər kəs
Gənclik, elə bilmə, təksən
Gəl bizə qoşul, çünki gəncsən
[Bənd 3: Elşad Xose, Elnarə]
Gənclik - hər kəsin keçdiyi yol
(Çünki gəncsən, çünki gəncsən, çünki gəncsən)
Çalış, hər zaman gənclərə dəstək ol
(Çünki gəncsən, çünki gəncsən, çünki gəncsən)
Ləzzət alırıq hər bir andan
Doymuruq onun dadından
[Keçid: Elnarə]
Young people, the time is out
We enjoy our every moment
Young people, the life is sweet
We can stand without and out of it
Young people, vote for us
Let everybody hear us
Don’t you know that you’re not alone
Come and join us cause you all young
[Nəqərat: Elşad Xose, Elnarə]
Gənclik, zaman bizimdir, ləzzət alırıq hər bir andan
(Gənclik, zaman bizimdir)
Gənclik, həyat şirindir, doymuruq onun dadından
(Gənclik, həyat şirindir)
Gənclik, verin səs, uzaqdan bizi eşitsin hər kəs
Gənclik, elə bilmə təksən