Elnarə Xəlilova
Son Görüş
[Bənd 1: Elnarə Xəlilova]
Bitər bütün dəli eşqlər
Bizimki bitməz
O gülüşün, görünüşün
Fikrimdən getməz

Sanki double espresso
Yuxumu çəkdin ərşə
Yalvarıram, gəl, gəl, gəl, gəl
Son görüşə

[Nəqərat: Elnarə Xəlilova]
Son dəfə səninlə görüşək
Nə olar, olar
Bəlkə bahar gələr
Bəlkə güllər solar

Son dəfə baxarıq bəlkə də
Göz-gözə
Bəlkə də yetmədi
Bu görüş bizə

Son dəfə səninlə görüşək
Nə olar, olar
Bəlkə bahar gələr
Bəlkə güllər solar
Son dəfə baxarıq bəlkə də
Göz-gözə
Bəlkə də yetmədi
Bu görüş bizə

Bircə məni atma, atma, atma
Buraxıb getmə
Bircə məni atma, atma, atma
Sənsiz heçəm

Bircə məni atma, atma, atma
Buraxıb getmə
Bircə məni atma, atma, atma
Sənsiz heçəm

[Bənd 2: PRoMete]
Ən gözəl sətirlər yazılır həsrətin təsiriylə
Sən mənə təsir elə, qoy mən yazım xoşbəxtlikdən
Dəstəyin o biri ucunda ağlayıb dedin – son görüşdür
Bil, mən yenə də şikayət etməyəcəm bu bəxtimdən

Səni mənə elə-belə rast gətirə bilməz fələk
Burda biz bilmədiyimiz bir hikmət olssa gərək
Yaşamaq yanmaqsa, sevmək partlamaqdır
Partladıq, parçalandıq, hissləri yaydı külək
[Bənd 3: Elnarə Xəlilova]
Məni sənlə görüşə gətirən yollar
Necə də qısadır
Və zaman uçar

Başlanğıclar kimi olmur
Heç vaxt sonlar
Və sənin o gözlərin...
Mənə baxır onlar

[Nəqərat: Elnarə Xəlilova]
Son dəfə səninlə görüşək
Nə olar, olar
Bəlkə bahar gələr
Bəlkə güllər solar

Son dəfə baxarıq bəlkə də
Göz-gözə
Bəlkə də yetmədi
Bu görüş bizə

Bircə məni atma, atma, atma
Buraxıb getmə
Bircə məni atma, atma, atma
Sənsiz heçəm
Bircə məni atma, atma, atma
Buraxıb getmə
Bircə məni atma, atma, atma
Sənsiz heçəm