Elnarə Xəlilova
Pəncərəndə
[Bənd 1]
İşıqları söndürmüsən
Söndürmüsən otağında
Çıraq ola bilsəydim, mən hey yanardım
Söndürmüsən tək uzanıb
Buztək tənha yatağında
İşıq olsan, işığına ovunardım

Üşüyürəm sənsizlikdən
Gecə ulduzlar sönəndə
Baxışlarım donub qalıb
Sənin bağlı pəncərəndə

[Nəqərat]
Pəncərəndə, pəncərəndə
Sənin bağlı pəncərəndə
Baxışlarım həsrətdən iz salıbdır
Üzünü də yan tutursan
Hər dəfə məni görəndə
Gözüm gözlərinə həsrət qalıbdır

Pəncərəndə, pəncərəndə
Sənin bağlı pəncərəndə
Baxışlarım həsrətdən iz salıbdır
Üzünü də yan tutursan
Hər dəfə məni görəndə
Gözüm gözlərinə həsrət qalıbdır
[Bənd 2]
İşıqları söndürmüsən
Söndürmüsən otağında
Çıraq ola bilsəydim, mən hey yanardım
Söndürmüsən tək uzanıb
Buztək tənha yatağında
İşıq olsan, istisinə ovunardım

Üşüyürəm sənsizlikdən
Gecə ulduzlar sönəndə
Baxışlarım donub qalıb
Sənin bağlı pəncərəndə

[Nəqərat]
Pəncərəndə, pəncərəndə
Sənin bağlı pəncərəndə
Baxışlarım həsrətdən iz salıbdır
Üzünü də yan tutursan
Hər dəfə məni görəndə
Gözüm gözlərinə həsrət qalıbdır

Pəncərəndə, pəncərəndə
Sənin bağlı pəncərəndə
Baxışlarım həsrətdən iz salıbdır
Üzünü də yan tutursan
Hər dəfə məni görəndə
Gözüm gözlərinə həsrət qalıbdır