Elnarə Xəlilova
O Qədər Sevirəm
[Bənd 1]
O qədər, o qədər sevirəm səni
Sevirəm deməkdən doymayır ürək
Ən ülvi hisslərlə yaşayıram mən
Həm xoşbəxt olmuşam, həm də ürkək
Ən ülvi hisslərlə yaşayıram mən
Həm xoşbəxt olmuşam, həm də ürkək

[Nəqərat]
Görəsən, sən nələr duyursan indi?
Yuxun şirinmidir, səhərin aydın?
Ax, bu gün ötəydi, axşam çağında
Görüş yerimizə tez qayıdaydıq
Ax, bu gün ötəydi, axşam çağında
Görüş yerimizə tez qayıdaydıq

[Bənd 2 ]
Nə yaxşı rastlaşdıq, şükür Allaha
Bəlkə görməyəydik bir-birimizi
O qədər sevirəm, sevirəm səni
İlahi, sən qoru bu eşqimizi
O qədər sevirəm, sevirəm səni
İlahi, sən qoru bu eşqimizi