Elnarə Xəlilova
Vətən Sağ Olsun
[Bənd 1]
İgidlər, ərənlər yaşayan eldə
Firavan bir ömür sürməkdən ötrü
Əzm, fədakarlıq göstərmək gərək
Bəxtiyar, xoş günlər görməkdən ötrü
İgid oğlanların gücü, qüvvəti
Gözəl qızlarımın abrı-isməti
Ali Komandanın sülh siyasəti
Dünyaya tanıtdı bizim dövləti
Bizim dövləti, bizim dövləti

[Nəqərat]
Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: “Vətən sağ olsun”
Bizim and yerimiz vətən sağ olsun

[Bənd 2]
Sarılıb silaha igidlərimiz
Sərhədlər boyunca səngərlər qurur
Üç rəngli bayrağa and içən əsgər
Xalqın keşiyində müsəlləh durur
Bu millət çox dözüb, artıq bəsidir
Artıq səbrimizin son nöqtəsidir
İntiqam almağın vaxt-vədəsidir
Ucalan səsimiz haqqın səsidir
Haqqın səsidir, haqqın səsidir
[Nəqərat]
Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: “Vətən sağ olsun”
Bizim and yerimiz vətən sağ olsun

Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: “Vətən sağ olsun”
Bizim and yerimiz vətən sağ olsun