Elnarə Xəlilova
Dəyərlisən, Sən Dəyərmisən
[Bənd 1: Elnarə]
İçimdə ağrılar, o ağrıların səbəbi sən
Gözümdə yaşlar, o yaşların sahibi sən
Ürəyimdə taxt qurmuşam sənə, bizə
Geri dön, nə ola, qıyma saf sevgimizə

Suallar içində cavabsız qalmışam
Sevdim, amma sevilmədim, həsrətindən yanmışam
Susdum, dinmədim, gözlədim dönər deyə
Ah, yanılmışam, mən necə aldanmışam

[Nəqərat: Elnarə, Zülfi]
Əgər varsa hisslər, səni qəlbim gözlər
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə, bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm

[Bənd 3: Elnarə, Zülfi]
Yoxluğunla gecə-gündüz savaşdım
Taleyimlə bacarmadım, barışmadım
Günlər, aylar, illər, keçsə də sənsiz fəsillər
Sənsizliyə alışmadım
Desələr ki, gözləmə, yar gəlməyəcək
Desələr ki, ayrılıq heç bitməyəcək
Unudarsanmı məni, yaşananları, o günləri?
Unudarsanmı, de, gizli xatirələri?

[Nəqərat: Zülfi, Elnarə]
Əgər varsa hisslər, səni qəlbim gözlər
Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə, bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm

Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdə itib sənsizliyə gedirəm
Yaşayır qəlbim o saf hisslərinlə, sevginlə, bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən, bilmirəm

Sən gəl sevdiyini sevdiyinin üzünə söylə
Yoxsa sənsizlikdən səssizliyə gedirəm
Yaşayır qəlbim saf hisslərinlə, sevginlə, bil ki
Mənim üçün dəyərlisən, amma dəyərmisən?