Elnarə Xəlilova
Mən Elə Sizəm
[Bənd 1]
Məni ağlayan gözləriniz olaydı
Məni sevən ürəyiniz
Mən də elə sizəm, siz

Bir az yaxşı baxsanız, görərsiz üzünüzdə
Bir az yaxşı sevsəniz, dönərsiz özünüz də
(Kimə, kimə)
Bir az yaxşı baxsanız, görərsiz üzünüzdə
Bir az yaxşı sevsəniz, dönərsiz özünüz də

[Nəqərat]
Başqa ürəyimlə, başqa qayğımla
Başqa diləyimlə, başqa ağlımla
Mən elə sizəm, mən elə sizəm
Mən elə sizəm, elə sizəm, siz

Başqa ürəyimlə, başqa qayğımla
Başqa diləyimlə, başqa ağlımla
Mən elə sizəm (Mən elə sizəm)
Mən elə sizəm (Mən elə sizəm)
Mən elə sizəm, elə sizəm, siz

[Keçid]
Ağacların arasında durmuşdum
(Harada, harada?)
[Bənd 2]
Ağacların arasında durmuşdum
(Ağacların...)
Bəlkə elə ağaca oxşatdız məni
(Məni, məni...)
Bəlkə elə siz özünüz ağacsız
(Yeriyən ağac?)
Bəlkə elə biz hamımız ağaclarıq
(Torpaqdan dikələn)
Bəlkə elə siz özünüz ağacsınız
(Əcəb işdir)
Bəlkə elə biz hamımız ağaclarıq

[Nəqərat]
Bəlkə elə siz də, elə mən də
Ağac deyilik, bir parça göyük
Bir ovuc torpaq, mən elə sizəm
Mən elə sizəm, elə sizəm, siz

Bəlkə elə siz də, elə mən də
Ağac deyilik, bir parça göyük
Bir ovuc torpaq, mən elə sizəm
Mən elə sizəm, elə sizəm, siz
(İnanmırsız?)

Bir ovuc torpaq, mən elə sizəm
Mən elə sizəm, elə sizəm, siz
Elə sizəm, siz
Elə sizəm, siz