Elnarə Xəlilova
Mən Səni Araram
[Bənd 1]
Hər gecə səni mən səslədim
Yolunu sübhədək gözlədim
Eşq odu məni, ay yar, yandırar
Rəhm elə, yamandır intizar
Eşq odu məni, ay yar, yandırar
Rəhm elə, amandır intizar

[Bənd 2]
Göz yaşım sel olar, ah, sənsiz
Bülbüləm, neyləyim çəmənsiz?
Bəs hanı, hanı, ay yar, o sevda?
Gör nələr-nələr var başımda
Bəs hanı, hanı, ay yar, o sevdam?
Gör nələr-nələr var başımda

[Bənd 3]
Bir Günəş nuru var üzündə
Gözlərim hər zaman gözündə
Mən səni araram, yar, anaram
Gül-çiçək sanaram, sanaram
Mən səni araram, yar, anaram
Gül-çiçək sanaram, sanaram