Elnarə Xəlilova
Sevgi Fəslim
[Bənd 1]
Yadıma saldıqca şux baxışını
Qəlbimə çəkmişəm xoş naxışını
Adın həkk olubdur hər ilməsinə
Məhəbbət dolubdur hər ilməsinə
Yadıma saldıqca şux baxışını
Qəlbimə çəkmişəm xoş naxışını
Adın həkk olubdur hər ilməsinə
Məhəbbət dolubdur hər ilməsinə
[Keçid]
Doluram gülüşünü xatırlayınca
Doluram öpüşünü xatırlayınca
Gedirəm gedişini xatırlayınca
İstisi olmayan közə dönürəm
[Nəqərat]
Gücsüzəm, gücümü qaytar yenidən
Məni məndən alıb yarat yeni mən
Düşünmə, ürəyim təslim olacaq
Hər an mənim sevgi fəslim olacaq
[Bənd 2]
Əlvida söyləmək elə asanmı?
Bu sözü gətirmək dilə asanmı?
Üzünü çevirib getmə yanımdan
Sənsizlik ruhumu edib yarımcan
Əlvida söyləmək elə asanmı?
Bu sözü gətirmək dilə asanmı?
Üzünü çevirib getmə yanımdan
Sənsizlik ruhumu edib yarımcan
[Keçid]
Doluram gülüşünü xatırlayınca
Doluram öpüşünü xatırlayınca
Gedirəm gedişini xatırlayınca
İstisi olmayan közə dönürəm
[Nəqərat]
Gücsüzəm, gücümü qaytar yenidən
Məni məndən alıb yarat yeni mən
Düşünmə ürəyim təslim olacaq
Hər an mənim sevgi fəslim olacaq
Gücsüzəm, gücümü qaytar yenidən
Məni məndən alıb yarat yeni mən
Düşünmə ürəyim təslim olacaq
Hər an mənim sevgi fəslim olacaq