Elnarə Xəlilova
Sonuncu Zəng
[Bənd 1]
Geri gəlmərəm, dedim, amma
Yenə qayıtdım bir çağırışla
Səni silmişəm, dedim, amma
Unutdum hər şeyi bir baxışla

Yenə itəcək iradəm mənim
Görüşəndə biz, tutanda sən əllərimi
Ona görə söz verdim özümə
Görüşə gəlməyəcəm daha, məni bağışla

Susdun, yenə itdin üfüqlərdə
Gəlsən geri, nə olacaq, bilmirəm ki
Dağılar qalalar sən bir üfürməklə
Silirəm səni, mən deyirəm, amma silmirəm ki

[Keçid]
Susdun, itdin, getdin
Səni, səni, səni, səni, səni silirəm mən

[Nəqərat]
Sonuncu zəng, sonuncu ''sms''
Mən görüşlərdən sonra bitirirəm hər şeyi
Yenə səndən zəng, yenə səndən ''sms''
İtirirəm özümü, itirirəm hər şeyi
Sonuncu zəng, sonuncu ''sms''
Mən görüşlərdən sonra bitirirəm hər şeyi
Yenə səndən zəng, yenə səndən ''sms''
İtirirəm özümü, itirirəm hər şeyi

[Bənd 2]
Gəlmə bir daha geri
Bulandırma durulmuş suları
Bitib yaşatdığın qış
Yaşayıram ömrümdə yeni baharı

Çox çətinliklə olsa da, mən unutdum olanları
İndi öz əlimdədir ürəyimin açarı
Yenə itdin sən, yoxdur zənglər və mən darıxıram
Bitsin qoy bu oyun, mən səninlə barışıram

[Nəqərat]
Sonuncu zəng, sonuncu ''sms''
Mən görüşlərdən sonra bitirirəm hər şeyi
Yenə səndən zəng, yenə səndən ''sms''
İtirirəm özümü, itirirəm hər şeyi

Sonuncu zəng, sonuncu ''sms''
Mən görüşlərdən sonra bitirirəm hər şeyi
Yenə səndən zəng, yenə səndən ''sms''
İtirirəm özümü, itirirəm hər şeyi
[Bənd 3]
Nə qədər mən istəsəm də sənsiz
Alınmır heç sənsiz, alınmır heç
Mən bacarmıram seçmək
Ona görə sən gedimmi seç, yoxsa qalımmı seç

[Keçid]
Susdun, itdin, getdin
Səni, səni, səni, səni, səni silirəm mən

[Nəqərat]
Sonuncu zəng, sonuncu ''sms''
Mən görüşlərdən sonra bitirirəm hər şeyi
Yenə səndən zəng, yenə səndən ''sms''
İtirirəm özümü, itirirəm hər şeyi

Sonuncu zəng, sonuncu ''sms''
Mən görüşlərdən sonra bitirirəm hər şeyi
Yеnə səndən zəng, yenə səndən ''sms''
İtirirəm özümü, itirirəm hər şeyi