[Bənd 1]
Nə gözəldir məclisdir, yığışmışıq biz
Səbəbi al donlu gözəl gəlinimiz
El içində “Xınayaxdı” deyərlər
Bəzənib-düzənib təbrik edərlər
El içində “Xınayaxdı” deyərlər
Bəzənib-düzənib təbrik edərlər
[Nəqərat]
Açın ovucları, qəşəng qızlarım
Yaxın xınaları siz narın-narın
Üzərlik yandıraq, gəlməyin gözə
Bir gün də gələrik sevinclə sizə
Açın ovucları, qəşəng qızlarım
Yaxın xınaları siz narın-narın
Üzərlik yandıraq, gəlməyin gözə
Bir gün də gələrik sevinclə sizə
[Bənd 2]
Bəzənib xonçalar, bəzənib gəlin
Ay dostlar, qohumlar, hamınız gəlin
Xınalı əllərlə süzür gözəllər
Onlar üçün də olsun belə qismətlər
Xınalı əllərlə süzür gözəllər
Onlar üçün də olsun belə qismətlər
[Nəqərat]
Açın ovucları, qəşəng qızlarım
Yaxın xınaları siz narın-narın
Üzərlik yandıraq, gəlməyin gözə
Bir gün də gələrik sevinclə sizə
Açın ovucları, qəşəng qızlarım
Yaxın xınaları siz narın-narın
Üzərlik yandıraq, gəlməyin gözə
Bir gün də gələrik sevinclə sizə
Açın ovucları, qəşəng qızlarım
Yaxın xınaları siz narın-narın
Üzərlik yandıraq, gəlməyin gözə
Bir gün də gələrik sevinclə sizə
Açın ovucları, qəşəng qızlarım
Yaxın xınaları siz narın-narın
Üzərlik yandıraq, gəlməyin gözə
Bir gün də gələrik sevinclə sizə
Bir gün də gələrik sevinclə sizə