Elnarə Xəlilova
Bir Də Gəl
[Bənd 1]
Yenə gəl, yenə gəl, sonra yenə get
Bir də görüm səni, bir də vidalaş
Yenə küsüm səndən, yenə barışım
Bir də həyatıma gəl yavaş-yavaş

Yenə gəl, bir də gəl, sonra yenə get
Bir də görüm səni, bir də vidalaş
Yenə küsüm səndən, yenə barışım
Bir də həyatıma gəl yavaş-yavaş

[Nəqərat]
Bir də o sevginin dəlisi olum
Bir də gecələrin pərdəsini aç
Yenə günəş kimi asıl gözümdən
Bir də bu dünyadan azadlığa qaç

Bir də o sevginin dəlisi olum
Bir də gecələrin pərdəsini aç
Yenə günəş kimi asıl gözümdən
Bir də bu dünyadan azadlığa qaç

[Bənd 2]
Yenə nağıllara inandır məni
Bir də biri varın, biri yox olsun
Yenə ruhumuzla şəkil çəkdirək
Bir də o şəkildə diri çox olsun
Yenə nağıllara inandır məni
Bir də biri varın, biri yox olsun
Yenə ruhumuzla şəkil çəkdirək
Bir də bu şəkildə diri çox olsun

[Nəqərat]
Bir də göydən yerə üç alma düşsün
Bir də payımızı bölüşə bilək
Bir də qəfil yuxu aparsın səni
Bir də birdən oyan, görüşə bilək

Bir də göydən yerə üç alma düşsün
Bir də payımızı bölüşə bilək
Bir də qəfil yuxu aparsın səni
Bir də birdən oyan, görüşə bilək

[Keçid]
Bir də gəl...
Bir də gəl...
Bir də gəl öpüm gözlərindən...

[Nəqərat]
Bir də o sevginin dəlisi olum
Bir də gecələrin pərdəsini aç
Yenə günəş kimi asıl gözümdən
Bir də bu dünyadan azadlığa qaç
Bir də göydən yerə üç alma düşsün
Bir də payımızı bölüşə bilək
Bir də qəfil yuxu aparsın səni
Bir də birdən oyan, görüşə bilək
Görüşə bilək...