Elnarə Xəlilova
Yaddaş
[Bənd 1]
Günəş dan yeriylə savaşır
Yağış yeri güllələyir
Dörd Azəri əsgər atışır
Vurur, düşməni izləyir

Dörd mərd oğlan, dörd dost, dörd əsgər
Soyuq qandan qurub çəpər

[Nəqərat]
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

[Bənd 2]
Yenə düşmən hücuma keçib
Güllələrlə nəfəs donub
Allah bizi qisasçün seçib
Azadlıqçün ana doğub

Söz vermişik, dönə bilmərik
Qanımız səhvləri silər

[Nəqərat]
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
[Bənd 3]
Evdə qalıb ana-atamız
Evdə qalıb həyət, baca
Dostluğumuz bizim arxamız
Düşmən hazırlaşır qaça

Ana vətən, ata silahım
Qələbə bir azdan gələr

[Nəqərat]
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

[Bənd 4]
Dörd mərd oğlan, dörd dost, dörd əsgər
Vətənçün yanan dörd ürək
Hər an bizim yaddaşa düşər
Bizim qəlbdə qala gərək

Vətənə təhlükə gələrsə
Yenə qalxar bu dörd sipər

[Nəqərat]
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər

Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər
Kimsə bizə silah çəkərsə
Həmən silahdan da ölər