Elnarə Xəlilova
Sən
[Bənd 1]
Sən ən əziz, sən ən təmiz
Gözəl duyğumsan, sevdiyim insanımsan
Sən canımsan, sən qanımsan
Özəl duyğumsan, sevdiyim adamımsan

[Keçid]
Hər gecə, hər səhər, axşam
Səninəm, səndə qalmışam
Sevgimi səndə tapmışam
Sevgilin, eşqin olmuşam

[Nəqərat]
Sən mənim hər şeyim
Sevgimsən, göz bəbəyim
Mənimsən, təkcə mənim
Sevgilim, tək sevdiyim
Sən mənə qalan yoldaşım
Təkcə mənim sirdaşım
Ən dəyərli daş-qaşımsan
Sevdiyim insan
Ooo...

[Bənd 2]
Sən sahibsiz cismimin sahibisən
Sən tanrının verdiyi hədiyyəmsən
Sənə bağlanıb ömrümüzün qolları
Səninlə başlar taleyimin yolları
[Keçid]
Hər gecə, hər səhər, axşam
Səninəm, səndə qalmışam
Sevgimi səndə tapmışam
Sevgilin, eşqin olmuşam

[Nəqərat]
Sən mənim hər şeyim
Sevgimsən, göz bəbəyim
Mənimsən, təkcə mənim
Sevgilim, tək sevdiyim
Sən mənə qalan yoldaşım
Təkcə mənim sirdaşım
Ən dəyərli daş-qaşımsan
Sevdiyim insansan