[Bənd 1]
Suyu qaçmış hovuza
Bənzəyir dəniz indi
Solğun yerlərdə qalıb
Saldığın hər iz indi
Toy günü yarı qaçmış
Gəlinlərə bənzəyir
Ağ paltarlı buludlar...
[Nəqərat]
Sən gələndə
Çiçəklər açardı
Sən gələndə
Dağlarda gül açardı
Sən gələndə
Kədər məndən qaçardı...
Sən gələndə
Çiçəklər açardı
Sən gələndə
Dağlar da gül açardı
Sən gələndə
Kədər məndən qaçardı...
[Bənd 2]
Gündüzlərin səması
Nədənsə, indi bumbuz
Gecələr başım üstə
Nə Ay yanır, nə də ulduz
Nədənsə, bu xoş baharda
Sarı yarpaqlar açır
Söykəndiyim ağaclar...
[Nəqərat]
Sən gələndə
Çiçəklər açardı
Sən gələndə
Dağlar da gül açardı
Sən gələndə
Kədər məndən qaçardı...
Sən gələndə
Çiçəklər açardı
Sən gələndə
Dağlar da gül açardı
Sən gələndə
Kədər məndən qaçardı...
Sən gələndə
Çiçəklər açardı
Sən gələndə
Kədər məndən qaçardı...
Sən gələndə
Çiçəklər açardı
Sən gələndə
Dağlar da gül açardı
Sən gələndə
Kədər məndən qaçardı...
Sən gələndə
Kədər məndən qaçardı...