[Bənd 1]
Nə gözəldir şair olmaq
Həm də şair Cabir olmaq
Səadətdir Cabir adlı
Ləl olmaq, cəvahir olmaq
[Nəqərat]
Ey həyat, nə qəribəsən
Bunu sən dedin, şair
Getdin, ancaq ürəklərdə
Qaldı məhəbbətin, şair
Ey həyat, nə qəribəsən
Bunu sən dedin, şair
Getdin, ancaq ürəklərdə
Qaldı məhəbbətin, şair
[Bənd 2]
Sən Müşviqlər bağçasında
İncə, kövrək bir bar oldun
Çinartək qol-budağınla
Yaşıl bir asiman oldun
[Nəqərat]
Ey həyat, nə qəribəsən
Bunu sən dedin, şair
Getdin, ancaq ürəklərdə
Qaldı məhəbbətin, şair
Ey həyat, nə qəribəsən
Bunu sən dedin, şair
Getdin, ancaq ürəklərdə
Qaldı məhəbbətin, şair
[Bənd 3]
Sən sənət meydanında
Şeiriyyat, san qazandın
Ürəyin verdin ona
Azərbaycan qazandın
[Nəqərat]
Ey həyat, nə qəribəsən
Bunu sən dedin, şair
Getdin, ancaq ürəklərdə
Qaldı məhəbbətin, şair
Ey həyat, nə qəribəsən
Bunu sən dedin, şair
Getdin, ancaq ürəklərdə
Qaldı məhəbbətin, şair
Qaldı məhəbbətin, şair