[Bənd 1]
Niyə göylər kimi
Dolmusan yenə?
Məndən incimisən
Gülüm, incimə
Çən, duman bürüyüb
Gülən çöhrəni
Nədən incimisən?
Bilim, incimə
[Keçid]
Cazibəndən kənar
Çətin ki, gəzəm
Elə ovsunladın
Məni, acizəm...
[Nəqərat]
Sən mənim ilahım
Pirim, möcüzəm
İstəsən səcdənə
Gəlim, incimə
Sən mənim ilahım
Pirim, möcüzəm
İstəsən səcdənə
Gəlim, incimə
[Bənd 2]
Yağdır gül dodaqdan
Təbəssüm mənə
İlğımdan sıyrılıb
Tələssin mənə
Behişt nəfəsindən
Meh əssin mənə
Titrəsin telində
Əlim, incimə
[Keçid]
Cazibəndən kənar
Çətin ki, gəzəm
Elə ovsunladın
Məni, acizəm...
[Nəqərat]
Sən mənim ilahım
Pirim, möcüzəm
İstəsən səcdənə
Gəlim, incimə
Sən mənim ilahım
Pirim, möcüzəm
İstəsən səcdənə
Gəlim, incimə
Sən mənim ilahım
Pirim, möcüzəm
İstəsən səcdənə
Gəlim, incimə
Sən mənim ilahım
Pirim, möcüzəm
İstəsən səcdənə
Gəlim, incimə
İstəsən səcdə
Gəlim, incimə
İstəsən səcdənə
Gəlim, incimə