İlqar Muradov
Qurban Adına
Qurban adına
Bir sal yadına
Sənin oduna
Ay gülüm
Yandım, bilmədim

Yetər qüssə-qəm
Mən səni hərdən
Könlümə həmdəm
Ay gülüm
Sandım, bilmədim

[Keçid]
Gərək biləydim
Deyib-güləydim
Gərək biləydim
Deyib-güləydim

[Nəqərat]
Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədim

Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədim
[Bənd 2]
Ellər gözəli
Səni görəli
Çiçəyi, gülü
Ay gülüm
Dandım, bilmədim

Ala gözünü
Şirin sözünü
Gülər üzünü
Ay gülüm
Andım, bilmədim

[Keçid]
Gərək biləydim
Deyib-güləydim
Gərək biləydim
Deyib-güləydim

[Nəqərat]
Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədim

Qurban adına
Bir sal yadına
Sənin oduna
Yandım, bilmədim
Sənin oduna
Yandım, bilmədim