İlqar Muradov
Badamlı
[Bənd 1]
Badamlı nə sərin, badamlı nə şirin
Badamlı dadı var, badamlı adı var
Dərdlərin dərmanı… Belə su, de hanı
Axtar, dolan bu dünyanı…

[Keçid]
Badamlı – qazı var! Onun da bazı var
Sezonu yaz olur. Heyif ki, az olur
Çox olur şöhrəti, xoş sözü, söhbəti
Gəzir eli onun şanı

Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın

[Nəqərat]
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!

[Bənd 2]
Badamlı lal axır, Badamlı qol axır
Bulaqdan su çıxır – deyirsən, bal axır
Dərdlərin dərmanı… Belə su, de hanı
Axtar, dolan bu dünyanı…
[Keçid]
Badamlı məzəli, süfrələr gözəli
Şüşəsi, qədəhi əlbəəl gəzəli
Çox olur şöhrəti, xoş sözü, söhbəti
Gəzir eli onun şanı

Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın

[Nəqərat]
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!

[Keçid]
Badamlı – qazı var! Onun da bazı var
Sezonu yaz olur. Heyif ki, az olur
Çox olur şöhrəti, xoş sözü, söhbəti
Gəzir eli onun şanı

Bəh-bəh, nə gözəl suyu var
Bizim Azərbaycanın

[Nəqərat]
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!
İç onu, ürəyin, qoy sərin olsun!