Xatirə İslam
Sənə Bağlandım Yenə
[Bənd 1]
Düşündüm ki, unutmuşdum
Sən qəfil çıxdın qarşıma
Mən bu hissi soyutmuşdum
Sən od vurdun sönən şama

Ayrılıq dedi son sözün
Qovuşmağa can atmadım
Qovuşdurdu yollar bizi
Mən ömrünə qayıtmadım

[Keçid]
Sevən sevənçün ağlayar
Ürəklərə hüzn çökər
Yağış yağar yanaqlara
Külək əsər, sığal çəkər

Bu, şeytanın hiyləsimi?
Bu, bir alın yazısımı?
Bu, Allah hədiyyəsi
Bu, Allahın cəzasımı?

[Nəqərat]
Ötən günlərə baxdım
Nağıl imiş o vaxtım
Uşaq kimi darıxdım
Sənə bağlandım yenə, o-o-of
Bu intizar sürərkən
Zaman doldu çox erkən
Unutmaq istəyirkən
Sənə bağlandım yenə, o-o-of

[Bənd 2]
Tək dolaşdım küçələrdə
Gözüm yolda az qalmadı
Daha sənə bu yerlərdə
Oxşamayan qız qalmadı

Elə bildim, bundan belə
Üzünü görmərəm daha
Gəl bərk-bərk tutaq əl-ələ
Səni itirmərəm daha

[Keçid]
Sevən sevənçün ağlayar
Ürəklərə hüzn çəkər
Yağış yağar yanaqlara
Külək əsər, sığal çəkər

Bu, şeytanın hiyləsimi?
Bu, bir alın yazısımı?
Bu, Allahın hədiyyəsi
Bu, Allahın cəzasımı?
[Nəqərat]
Ötən günlərə baxdım
Nağıl imiş o vaxtım
Uşaq kimi darıxdım
Sənə bağlandım yenə, o-o-of

Bu intizar sürərkən
Zaman doldu çox erkən
Unutmaq istəyirkən
Sənə bağlandım yenə, o-o-of

Bu intizar sürərkən
Zaman doldu çox erkən
Unutmaq istəyirkən
Sənə bağlandım yenə, o-o-of