[Bənd 1]
Sevgisinə inanmışdım
Yolunda çox dayanmışdım
Ondan ötrü yaranmışdım
Qəlb evimdən çıxdı getdi
İsinmişdim istisinə
Alışmışdım nəfəsinə
Könül verib özgəsinə
Qəlb evimdən çıxdı getdi
[Nəqərat]
Sinəmə gül taxa-taxa
Gözümə düz baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı getdi
Əllərimi sıxa-sıxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı getdi
[Keçid]
Yalan imiş əhdi-peyman
Zənnimdə yanıldım yaman
Heç belə etməzdim güman
Qəlb evimdən çıxdı getdi
Yalan imiş əhdi-peyman
Zənnimdə yanıldım yaman
Heç belə etməzdim güman
Qəlb evimdən çıxdı getdi
[Nəqərat]
Sinəmə gül taxa-taxa
Gözümə düz baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı getdi
Əllərimi sıxa-sıxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı getdi
[Bənd 2]
Gözlədim ki, bəlkə gələ
Mənim də gözlərim gülə
Birdən əsdi qəfil yellər
Qəlb evimdən çıxdı getdi
[Nəqərat]
Sinəmə gül taxa-taxa
Gözümə düz baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı getdi
Əllərimi sıxa-sıxa
Gözlərimə baxa-baxa
Məni oda yaxa-yaxa
Qəlb evimdən çıxdı getdi