Xatirə İslam
Sənsizləmişəm
[Bənd 1: Xatirə İslam]
Bax, gülüm, gəldi bahar, açdı bulaqlar gözünü
Yarının amma bu göz yaşları bağlar gözümü
Bax, gülüm, gəldi bahar, açdı bulaqlar gözünü
Yarının amma bu göz yaşları bağlar gözümü

[Nazim]
Qorxuram, sənsiz öləm, ağlayasan arxamca
Axı ölsəm, mələyim, kim silər ağlar gözümü?

[Nəqərat: Nazim]
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Ah, necə yalqızlamışam!

[Xatirə İslam]
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Yar, necə yalqızlamışam!

[Bənd 2: Xatirə İslam]
Bu könül dəftərinə dərdi kədər yazdı fələk
Bu qərib taleyimə gör ki, nələr yazdı fələk
Bu könül dəftərinə dərdi kədər yazdı fələk
Bu qərib taleyimə gör ki, nələr yazdı fələk
[Nazim]
Neyləyim mən, axı sənsizliyə öyrəşməmişəm?!
Mənə qürbətdə keçən ömrü hədər yazdı fələk

[Nəqərat: Xatirə İslam]
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Yar, necə yalqızlamışam!

[Nazim]
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Ah, necə yalqızlamışam!

[Xatirə İslam – Nazim]
Nə qədər göynəmişəm
Nə qədər sızlamışam
Necə yalqızlamışam!
Ah, necə yalqızlamışam!