Xatirə İslam
Eşqin Həsrəti
[Bənd 1]
Söylənəcək sözüm var sənə
“Mənimlə son görüşündür”
Keçdi hisslərin üstümdən
Səni qəlbim heç düşünmür
Çırpınacaq ürəyin dərd, dərd qucağında
Axtaracaq məni, məni hər addımında
[Nəqərat]
Gözlərimə bax doya-doya sən
Onları daha çətin görəsən
Sözlərimi duya-duya sən
Bu eşqin həsrətin çəkəsən
[Bənd 2]
Yolunda bir ürək boğurdum
Təşəkkürün gedişindir
Sənlə mənə ayrılıq yaraşır
Bu sevgi can qənimimdir
Çırpınacaq ürəyim dərd qucağında
Axtaracaq məni, məni hər addımında
[Nəqərat]
Gözlərimə bax doya-doya sən
Onları daha çətin görəsən
Sözlərimi duya-duya sən
Bu eşqin həsrətin çəkəsən
Gözlərimə bax doya-doya sən
Onları daha çətin görəsən
Sözlərimi duya-duya sən
Bu eşqin həsrətin çəkəsən