[Bənd 1]
Qarışır ağ və qara
Güvən yox daha insanlara
Yarısı bel bağlamağa
Hazır deyil sirr saxlamağa
Alışır içdə yara
Danışım necə başqalara?
Tutsunlar yenə daşqalağa
Təcili qaçmalı uzaqlara
[Keçid]
Axı uzaqlar belə dolub dərd ilə
Möhür var dilə
Dedim fərz elə, mən daha söz tapmıram
[Nəqərat]
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
[Bənd 2]
Maska bəzilərində idi
İndi isə hamıdadır
Görən, bundan sonra
Hansı problemlər qapıdadır?
Keçən gözəl illərimiz hər biri yadımdadır
Amma indi həvəslənirəm
Sonra da yarım qalır
[Keçid]
Canım yanır, hər yananda yadda qalır
Qorumuruq mədəniyyəti
O da yada qalır
Biri girir həyatına elə fağır-fağır
Qadan alım deyir, deyən gedir, qada qalır
[Nəqərat]
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
Yanıram, odlanıram dünyanın halına
Düşünürəm, arayıram, vallah, daha mən söz tapmıram
[Çıxış]
Vallah, daha mən söz tapmıram