Xatirə İslam
Qısqanaram
[Bənd 1]
Sevirsən, aləm bilir
Heç özüm də bilmirəm
Elə mən də sənin qədər
Sevirəm, deyə bilmirəm

Bu əvəzsiz sevgidən
De kimdə var, harda var?
Bir bizdədir, bir də ki
Bəlkə nağıllarda var

[Nəqarət]
Səni ən sevdiyim nəğmə kimi
Əzbərləyərəm söz-söz
Həm səni qısqanaram
Həm də səni qısqandıraram tez-tez

Səni ən sevdiyim nəğmə kimi
Əzbərləyərəm söz-söz
Həm səni qısqanaram
Həm də səni qısqandıraram tez-tez

[Bənd 2]
Ürəyim sənə bağlanıb
Günəşimsən, ayımsan
Unudulmaz günlərim
Bir ömürlük payımsan
Səni qəlbimə yazmışam
Ürəyim, can yoldaşım
Ömür boyu mənimsən
Nə yaxşı ki, varımsan

[Nəqarət]
Səni ən sevdiyim nəğmə kimi
Əzbərləyərəm söz-söz
Həm səni qısqanaram
Həm də səni qısqandıraram tez-tez

Səni ən sevdiyim nəğmə kimi
Əzbərləyərəm söz-söz
Həm səni qısqanaram
Həm də səni qısqandıraram tez-tez

Səni ən sevdiyim nəğmə kimi
Əzbərləyərəm söz-söz
Həm səni qısqanaram
Həm də səni qısqandıraram tez-tez

Səni ən sevdiyim nəğmə kimi
Əzbərləyərəm söz-söz
Həm səni qısqanaram
Həm də səni qısqandıraram tez-tez