Xatirə İslam
Ay Kimidir
[Bənd 1]
Çəmənlikdə gül-çiçəyin sağ-solunda ələfi var
Dünyada hər bədbəxtliyin həm zərəri, həm nəfi var
Ürəkdədir sözün kökü, ayıra bil tükdən-tükü
Çox ağırdır amal yükü, çəkə bilsən şərəfi var
Ürək fikrin tilsimidir, hər qatı bir lay kimidir
İnsan göydə ay kimidir, görünməyən tərəfi var

[Nəqərat]
Vaxt hər dərdin həkimidir
Həyat varkən yox kimidir
Yaydan çıxan ox kimidir, hər ömürün hədəfi var
Ürəkdədir sözün kökü, ayıra bil tükdən-tükə
Çox ağırdır amal yükü, çəkə bilsən şərəfi var
Ürək fikrin tilsimidir, hər qatı bir lay kimidir
İnsan göydə ay kimidir, görünməyən tərəfi var

[Bənd 2]
Çəmənlikdə gül-çiçəyin sağ-solunda ələfi var
Dünyada hər bədbəxtliyin həm zərəri, həm nəfi var
Ürəkdədir sözün kökü, ayıra bil tükdən-tükü
Çox ağırdır amal yükü, çəkə bilsən şərəfi var
Ürək fikrin tilsimidir, hər qatı bir lay kimidir
İnsan göydə ay kimidir, görünməyən tərəfi var
İnsan göydə ay kimidir, görünməyən tərəfi var
(İnsan göydə ay kimidir, görünməyən tərəfi var)