Xatirə İslam
Zülmətlər
[Bənd 1]
Bezdim tənhalıqdan, tək qalmaqdan bezdim
Aradım, sordum, taleyimi gəzdim
Deyim ona – dayan, deyim – artıq oyan
Tanrım səni mənə yazmış, mən günahkarmıyam?
Deyim ona – dayan, deyim – artıq oyan
Tanrım səni mənə yazmış, mən günahkarmıyam?

Dözdüm hər əzaba, hər acıya dözdüm
Yıxıldım durdum alnı açıq gəzdim
Xoşbəxtlik evinə qapısı bağlıyam
Səni dəyişməkçün yenidən doğulmayam

[Nəqarət]
Bizi yaradan, taleyi yazan
Sevdiklərin arasında mən də varmıyam?
Sevgisi yalan, qisməti haram
Edənlərə de - mənmi günahkarmıyam?

Dizin-dizin, gəzə-gəzə qulun olmuşam
Hər əzaba dözə-dözə tənha qalmışam
Bəxt ulduzum göydən sönüb
Mən zülmətlərin övladıyam
Övladıyam...

[Bənd 2]
Yarımçıq bir tale, yarım qalan qismət
Yalan, yalan sevgi qurbanıyam
Xəyanətlə dolu, acı bir dünyam var
Onu dəyişmək üçün tanrıya yalvarmalıyam
[Nəqarət]
Bizi yaradan, taleyi yazan
Sevdiklərin arasında mən də varmıyam?
Sevgisi yalan, qisməti haram
Edənlərə de - mənmi günahkarmıyam?

Dizin-dizin, gəzə-gəzə qulun olmuşam
Hər əzaba dözə-dözə tənha qalmışam
Bəxt ulduzum göydən sönüb
Mən zülmətlərin övladıyam

Bizi yaradan, taleyi yazan
Sevdiklərin arasında mən də varmıyam?
Sevgisi yalan, qisməti haram
Edənlərə de - mənmi günahkarmıyam?

Dizin-dizin, gəzə-gəzə qulun olmuşam
Hər əzaba dözə-dözə tənha qalmışam
Bəxt ulduzum göydən sönüb
Mən zülmətlərin övladıyam
(övladıyam)
(övladıyam)