[Bənd 1]
Cəmi bir dəfə belə görmək
Bəs edir mənə səni
Əzbərimdə qala bilir
Bütün üz cizgilərin
Lal-dinməz, söylənməz
Baxıb aça bilərəm səhəri
İstərəm, olsun gəminə
Tək lövbər mənim ürəyim
[Keçid]
Cümlələr hər baxanda
Öz-özünə sərilir sənin önünə
Əllərim sanki buz olur
Bilmir, neçə yerə bölünə
Lazım deyil artıq söz
Hisslərim gedə bilər axı ölümə
İndi sən de mənə
Cürət et, de mənə
[Nəqərat önü]
Mən səninlə nəfəs ala bilən adamam
İzin vermə, bir sözlə bir dəqiqədə boğulum
Düşünmə ki, zamanla ölə bilər hisslərim
Sən bilmirsən, hər saniyə yenisi doğulur
[Nəqərat]
Mən səninlə nəfəs ala bilən adamam
İzin vermə, bir sözlə bir dəqiqədə boğulum
Düşünmə ki, zamanla ölə bilər hisslərim
Sən bilmirsən, hər saniyə yenisi doğulur
[Bənd 2]
Mən olaram yolun sonunda
Keçərək səni yolun solundan
Pəncərələri açıb küçə boyu uçuram
Hisslərimizin adın gecə qoyur
İtirdiyim vaxt bax qolunda
Səni öz əllərinlə qorumaq
İstəmişdim, amma indi içim doyub
Bilirəm, hekayəmizin nöqtəsini necə qoyum
[Keçid]
Cümlələr hər baxanda öz-özünə
Sərilir sənin önünə