Orkhan Zeynalli
Çağırdım
[Bənd 1: AiD]
Hər keçən günün sonunda eyni səhərlərdən bəhs edəndə
Süni günlər solğun üzümə süni gülüşü geydirəndə
Düşündüm, səhvmi qurulub, görən, daim dönən dünya?
Etdiyi fəlakətlərlə insanları söyən dünya

Fərqi yox, pessimist, optimistmi mövzularım
Dərin sayılan arzularım, dayazlaşdı sən gedincə
Gözümü çox çirkin səhnələrdə qapalı saxlamışdım
Gözüm yumulu qaranlıqda göz yaşına büründükcə

Qısa metraj filmlərdə baş rollar yadda qalmır
Bunu bilirdim, amma həyatımız bütöv zənn edirdim, yanıldım
Yenə də qırıq qəlbi yeni bir sevgiliylə bərkitmək istəmişdim
Göz yaşları yolumu kəsdi, ağladım

Sevmək qırıq qəlblə necə də çətin bir iş!
Qəmli dönüş, addımlarda həvəs yoxdur (ümid yoxdur)
Saxladım özümü, son nəfəsin intizarı da məni çox sıxırdı
Yoluma son, yoluma davam - çaşıb qaldım

[Nəqərat: Güla]
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında
Mən sənsizlik hissi nədir, bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda

[Bənd 2: AiD]
Gördüyüm o gözəl gözlər, qəlbinlə ayaqlaşmır
Deyilən o xoş sözlər əməldə reallaşmır
Nə vaxt ki qəmli hisslər nəğmələrimə qonaq gəldi
O təmiz məhəbbətin ləçəklərini önümə sərdi

Bir qədər rahatlaş sən, üzüntü səbəbsizdir
Bu dünya qəddar, amma təslim olmaq gərəksizdir
İntihar - ölmüş ruhun azadlığının əks sübutu
Günəş yaxınlaşanda gülən gülün üzündə qorxu

Əynində bəyaz libas, cizgilərin çox cəlbedici
Tək gülüşündür miras, qalanlar sənlə gedəcək
Sevgi də ölüm kimidir, çox vaxtsız və xəbərsiz gəlir
Boş otaqda tək-tənha, burunda tanış ətir

Deyirsən - haqsızlıq dünyası, dünya necə etsin ki?
Axır ki, insanlar da qarşılıqsız sevə bilsin
Düz yollar Allahın işi, döngələri şeytan yaratdı və
Mələk gözlü gözəl son addımını döngədə atdı
[Nəqərat: Güla]
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda

[Bənd 3: AiD]
Son seçim edilib artıq səhvmi, düzmü, önəmsizdir
İndi gözəlliyindən yazan şair qələmsizdir
Son illər onun həyatı çox dəyişdi, amma həyat hələ də eyni
İlk addımda həyəcan, amma son dayanacaq hamıya bəlli

İzdiham... Qəlbdə yaranıb akustika, döyüntülərinin əks sədası
Sevginin də qoyulub artıq son nidası
Mistika... Yuxu olaydı kaş ki burada epizodik bir hal belə
Bu reallıq bu qəlbimçün çox ağırdır

Kim üçünsə ilham pərisi yanan Roma
Mənəsə o gözlər də bəsdir, demişdim, indi o gözlər
Yumulub artıq, yaş artdıqca dünya dəyişir baxış açımda
Yalanlar üzə çıxır, ümidlərsə indi dar ağacında
Kölgələrimin ən sevimli duyğusuydu
Əl-ələ qaçıb gizlənirdik Günəşdən, onlar qeyb olurdu
O vaxtlar mənə yad idi bu hiss, indi fikirləş
Mən kiminsə kölgəsi, sənsə o kölgəni batıran Günəş

[Nəqərat: Güla]
Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda

Mən həyatımı yenidən yaşamaq istədim
Ölüm astanasında
Mən güzgüdəki qəm kədərimi gizlədim
Gözümün qarşısında

Mən sənsizlik hissi nədir bilmədim
Şirin yuxularımda
Mən çağırdım, sevərək səni səslədim
Sənsə yox oldun o anda

Mən həyatımı yenidən yaşamaq istədim
Mən çağırdım, sevərək səni səslədim