Orkhan Zeynalli
Hisslər danışanda
[Bənd 1: AiD]
Yorulmuşdum fikirləri beynimdə gizli saxlamaqdan
Baxıram özümə hərdən qıraqdan
Axı bu qədər vecsizlik, bir addım uçurumdan
Dəfələrlə kömək istəmişdim sabahdan

Qaçıram günahdan növbəti günaha doğru
Əllərim yaxınlaşır hər gün silaha doğru
Təlaşa səbəb varmı buranın vəziyyətindən?
Bəzi şəhərlərdə ümumiyyətlə Günəş doğmur

Qəlbim güzgü kimidir, sındırıldıqca dərd gətirir
Amma ki indi qorxu yoxdur
Çünki iynə batsa, artıq çıxarmağa qan da yoxdur
Səhərlərdə əlimi açmağa duam yoxdur

Artıq sual yoxdur, yeganə maraq idi
Eşidən mən deyildim, bu iki qulaq idi
Sənin soraqlarınla tələsən gözlərimdir
Ürəyimi kimsə döyür, deyəsən, hisslərimdir

[Nəqərat: Ayka, AiD, PRoMete]
Biz... Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri... (Səni isidən...)
Mən... Sənə doğma xal kimi yanaqda
Eyni vaxtda iki qulaqda
Səs kimiyəm bu otağda... (Səni sevdirən...)
[Bənd 2: AiD]
Düşün, necə də qəribə olar, insan olsaydı bulud kimi
Baxırsan, şəffaf və gücsüzdür
Amma ki Günəşin qabağın təkcə o ala bilir
İnsan isə aciz, itirmədən darıxa bilmir

Qabağın ala bilmir adi pislik etmək istəyinin də
O ki qaldı bəşəri məsələlərə
Bu haqda danışmayım heç
Kimə lazımdır dünya?
Hamıya kifayətdir onun kiçik çərçivəsi

Sevginin tərcüməsi, görəsən, nədir axı?
Mənasın heç kim bilmir, amma ki hamı danışır
Gözlərin yumur, baxır, əslində qaranlıq görür
Amma ki uydurur ki, göyərçinlər uçur burada...

Mən də bu siyahıda xəyallar üzrə mütəxəssis
Realda olmayanlar burada alınır köməksiz
Yenə öz qəhəri ilə sözümü kəsən kimdir?
Həmişə olduğu kimi, deyəsən, hisslərimdir

[Nəqərat: Ayka, AiD, PRoMete]
Biz... Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri... (Səni isidən...)
Mən... Sənə doğma xal kimi yanaqda
Eyni vaxtda iki qulaqda
Səs kimiyəm bu otağda... (Səni sevdirən...)
[Bənd 3: AiD]
Cənnətin göz yaşıdır əlimə düşən damcı
Bezib artıq insanların yolunu gözləməkdən
Sıxıntımı, depressiyamı ürəyimdəki sancı?
Niyə biz yaxşılıq eləyirik ancaq savab xətrinə?

Zibilin içində işləyirik sonda zibil almaqçün
Nəyə gərək bu illər böyüyüb zibil olmaqçün?
Ondansa körpə qalardım və heç nə bilməzdim
Heç nə də etməzdim ki, desinlər - səhvsizdir

Cəmiyyətin içinə girdikcə baxıram çirklənmiş üzlərə
Sevgini rəngləyən sözlərə, həyatdan doymadım
Həyatdan doymadım, doymadım süz yenə!

Beyində fikirlər addımlara tərs yenə
Sənin o baxışların ömürlük bəs mənə
Edirdi qəsd mənə, səbəbsə gözlərindir
Kimsə son qoyur artıq, deyəsən, hisslərimdir

[Nəqərat: Ayka, AiD, PRoMete]
Biz... Qoruya bilərikmi sevgini?
Bitirə bilərikmi nəğməni?
Yadında saxla bu əlləri... (Səni isidən...)
Mən... Sənə doğma xal kimi yanaqda
Eyni vaxtda iki qulaqda
Səs kimiyəm bu otağda... (Səni sevdirən...)
Sus... Pıçıldasın, qoy gözlərin
Yadıma düşür məni üzməyin
Göz yaşlarımda üzməyin... (Qızıl balıq kimi)

Yaxınlaş... Üzündəki o qırışlar
Cavanlığını sənə bağışlar
Təsirsiz olub yağışlar... (Kiçik bir arx kimi)