Orkhan Zeynalli
Manya Kərimova
[Bənd 1]
O deyir - bu həyat düzələr yenə
O sevinc o gözdən süzülər yenə
Onun ən sonuncu günləri
Xoşbəxt quşlar qatarına qoşular yenə
O solan həvəsi cücərər yenə
O, rahat yatacaq gecələr yenə
Biləcək, bu həyatda gərəkli insandır
Bir gün güləcək yenə

[Bənd 2]
Bakı, səndən uzaqlaşdıran şoseylə
Maşında HOST, qulağımızda Krecin nəğməsiylə
Yolumuz Şamaxı istiqamətində füsunkar duman
Mühərrikin səsi, diksinirdi dincələn botanika

Bir az var dinamika, yarpaqlar əsir, buludlar bezir
Yol uzanır, uzandıqca beyin bezir
Hiss edirik, saniyələr ömrümüzdən gedir
Ağacları, döngələri saya-saya

Bu yolumuzun tək səbəbkarı olan şəxs
Onun üzünə həyatı bir qədər kobud və bir az tərs
Son dərəcə inamsızdır o, artıq Allaha da qarşı
Həyatından narazı, bu yaşda həyata qarşı
Ömrünü həsr etmiş xalça toxumağa
Vaxt ayırmamış yazmağa, oxumağa
Kəndin ən ucqar ucunda mövcud xalça fabriki
Onunla eyni qocaldı, köhnəlib söküldü

Amma vaxt vardı ki, o barmaqlar iynələrlə
Möcüzələri həyatı keçirib fəxr edirdi əsərlərlə
Zibilə qalsın burokratiya! Sökülsün, əmri verən o əllər də!
Bu işə sərf edilmiş o illərdə

Boşa mı getdi, görən, tək bir işdir əlindən gələn?
Hər insanın öz marağı yaranır həyata gələndən
Onun marağı incəsənət, gözəllik yaratmaqdır
Bizim işimiz sadəcə dinləməkdir

[Bənd 3]
“40 il əvvəl mən də cavan idim
Mənim də öz arzularım var idi
Çoxu indi heç yadıma da gəlmir
Bir neçə rəfiqəmlə həyatdan danışardıq
Bəziləri yoxdur indi, bəzilərisə köçüb artıq

Heç vaxt düşünmürdüm ki, gedim, mən də şəhərdə yaşayım
Bilirsən, kənd yeri elə bil ki ayrı dünyadır
Hamını tanıyırsan, xeyir-şər bölüşürsən
Axşamlarsa bir həyətdə yığışıb gülüşürsən
Qızımı ərə vermişəm artıq, indi o, Bakıda yaşayır
Hər dəfə deyir, amma nəsə yadımda qalmır haradır
Sağ olsun, bayramlarda gəlir, mənim qayğıma qalır
Həmin o xoşbəxt saniyələri zaman əlimdən alır

Çox böyük sürətlə gedir o qatarlar
Hansı ki, adi gülüşü bahasına satarlar
Nə edim, mən ki adi insan kimi doğulmuşam
Mən də bu maddiyyat bataqlığında boğulmuşam

Yerinə tikilər yəqin otel, ya da elə bir şey
Nəyimə lazımdır yaddaş, unudulacaqsa hər şey?
İnanırsan?! 60 il! Bəlkə ondan da çox...
Mən burada sevinc qarşılığında həyat verdim

Ömrümdən kəsib illəri çoxuna dayaq verdim
Cavanlıq günlərimi bu xarabaya mən qurban verdim
Hər dəfə cavab verdim qoca gözlərimin sualına
Öz ölüm məktubumu pıçıldadım qulağıma "

[Bənd 4]
Bəlkə daha sadədir hər şey
Sadəcə həyatda kiminsə bəxti gətirir, kiminsə yox
Axı ola bilməz ki, hamıda hər şey yaxşı olsun
Kimsə xoşbəxtsə, gərək kimsə bədbəxt olsun
Adi bir insan idi, amma böyük ürəyi vardı
Bayırda yay havası, dağlarınsa başı qarlı
Həmin o qadına doğma torpağında yer verildi
Sökülən fabrikinsə yerinə məktəb tikildi