Orkhan Zeynalli
Mahnılar Məni
[Bənd 1: AiD]
Elə bir hiss var ki, ürəyimdən uzaqdayam
Geri gələndə yolumu kimsə gözləmir (heç kim)
Küləyi bezdirən bu şəhərdə xoşbəxtlik ehtimalı yüzdə bir
Danışmaq, yazmaq, oxumaq, yadda qalmaq
Səni sevən səndən vaxt istəyir, sevgi istəmir
Çağırmışdım dostları dar günümdə...
Hələ də yoxdur səs-səmir
Davamlı payız qoxusu, xəzanlı misralarda
Mən artıq eyni mövzulardan ibarət bir sətir
Mən artıq yaxın deyiləm sənə əvvəlkitək
Həyatım bələd sənə, qulaqların sözlərimi izləmir
De, sevgin aysberq kimi altda gizlənib, yoxsa üstdəmi?
Səni isidir toxunuşum, yoxsa hər şey sözdəmi?
Maraqlan, gör kim öz həyatını pisləmir?
Həyat bataqlıdır, hə? Bəlkə Aid düz demir?!
[Nəqərat: Gültəkin]
Həyat adlı qaranlıq içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni ağladar yenə
Həyat adlı qaranlıq içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni ağladar yenə
[Bənd 2: AiD]
Soyuq divarlara söykənmək
Uzaqlara baxıb - "Niyə böyüdük?" - demək
Tapa bilsəydik səadəti
Sahil boyu qurduğumuz saraylarda
Dalğalardan çəkinmədən
Özü ilə səmaya səni hissələrlə çəkir gedən
Böyümək - səni böyüdəni itirməkdir, demək!
Məni sıxır keçmişdən qalan gödəkcə və xatirələr
Sığal çəkir, bu deyil əzizləmək
Bu deyil qəliz demək, həyatı pisləmək
Və kimsə niyə nifrət etdiyini yox
Niyə sevə bilmədiyini deyir
Valideynlər çox vaxt kim olduğunu yox
Kim ola bilmədiyini deyir
Uzun qış gecələrində, qarışıq fikirlər
Elə o vaxt susur doğmalar, danışır fikirlər
Sən içməsən də, köhnə dost gəlib - ''Süz'' - deyir
Bütün qış məni dinlə və de – “Orxan düz deyir!”
[Nəqərat: Gültəkin]
Həyat adlı qaranlıq içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni ağladar yenə
Həyat adlı qaranlıq içində
Arzularla çətindir yaşamaq
Unudaraq dərdləri güləndə
Mahnılar məni ağladar yenə