Orkhan Zeynalli
Qorxma Özündən
[Bənd 1: AiD]
Bizi öyrədiblər - oyanmaq lazımdır səhər tezdən (Qalx!)
Təhsil, karyera, uğur... Həyatda bitmir pillələr (Heç vaxt!)
Bizi öyrədiblər ki, dürüstlük əsas dəyərdir
Valideynlər, doğmalar, qonşular və müəllimlər...
Bizi öyrədiblər ki, siqaret, həm də içki ziyandır (Yox!)
Siqaret çəkən qardaşlar, içki içən atalar
Bizi öyrədiblər ki, tələsməlisən, həyat dayanmır
Sən geciksən də, olmur gecikən qatarlar
Gün çıxanda gizlən, yağışda çətir gəzdir
Dözməyi bacaraq, ancaq axı zəiflər çətin dözür (Ancaq)
Çəkin müdirindən, (Çəkin!) işini itirməkdən daim qorx
Susmağı bacar, lazım deyilsə, demə sözün düzün
Göstərmə əsl üzün, səmimilik pis cəhətdir
İnsanlar yalançı olur, bizi öyrədiblər həmişə
Ürəyin ağrımasın kimisə görüncə dərdli
Bizi öyrədiblər həmişə, bizi öyrədirlər həmişə
[Nəqərat: Gul’nar]
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Haradadır düz, harada yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Haradadır düz, harada yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?
[Bənd 2: AiD]
Bizi öyrətməyiblər - ölüm bir gün döyəcək qapını
Həyat məktəb deyil ki, mümkün olsun son partada gizlənmək
Bizi öyrətməyiblər - ailə qurmaq oyuncaq deyil
Əsas sevgidir, nəinki kağızda qol çəkmək!
Bizi öyrətməyiblər - həyat bəzən olur alçaq
Sən əzab çəkən şəhərdə kef edir hansısa alçaq
Sən demə, qayğını verirmiş dövlət borca
Sən böyüdükcə səndən də tez böyüyür borclar
Bizi öyrətməyiblər - xoşbəxtliyimizə gedən yol
Sən demə, keçir qəlblərdən yox, hava limanından
Bir günə dönər inamından, səmadan hay-küy çıxsa
Bizi öyrətməyiblər - nə edək, dost nankor çıxsa?
Öyrədə bilməz həyatı nə kitablar, nə valideynlər
Əsas atdığın addımlar və sabah atacağın
Həyat kosmosdur, qərarlarımız teleskop
Gələcək təyin edir hansı tərəfə baxacağını
[Nəqərat: Gul’nar]
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Haradadır düz, harada yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?
Çevrilir hədəflər arzulara
Olanda tək ümid mahnılara
Haradadır düz, harada yalanlar?
Bəs indi kimə inanaq? (De)
Nəyə inanaq?