[Bənd 1]
Seçilmiş olduğunu dərk edəndə uşaq idi
Dünyanı dəyişməksə sadəcə bir maraq idi
İndi isə bu maraqlar məqsəd olub, həm də ciddi
Bu yolda arzular da, sevgilər də qurban getdi
İlk dəfə məhz bu otaqda edilmişdi sevgi etirafı
Qızın ad günü, ala biləcəyi ən xoş hədiyyəydi bu
Axşam çağı, ulduzlar sayrışarkən
Ay Günəşdən acıq çıxıb işıq saçarkən qovuşdular
Baxışlarıyla soruşdular ki
Ola bilərmi ki, biz ayrılaq, ayrı qalaq bir-birimizdən?
Sevgimizin o gözəl gülləri bir gün küsərmi qəlbimizdən?
Elə o anda əllər qarışdı, söhbətə çox bərk yapışdı
Bir-birindən sol yanaqda ilk öpüş izi
Çıxmır beynindən qızın
Həmin ad günü, xoş xatirələrlə doğan Gün ilə
Başlanan bu sevginin geridə qalmış artıq düz dörd ili
16 yaş oldu 20, ötmüş illər geri gələrmi?
Solmuş güllər bir daha bitməz, sevgi batan gəmidə üzə bilməz
Üzmədi, bu otaq bir daha xoş baxışlarıyla sevgiyə gülmədi
Nə edək ki, rəngli divarlar qara talehinə rəng qata bilmədi
Göz yaşı axdı oğlana baxan anda, duyğular parçalandı
Sevgi hissləri ən sevincli dəqiqələrində öz axrına çatdı
Deyil səbəb nə xəyanət və deyil səbəb nə yalanlar
Deyil qəddar nə oğlan, nə də qız
Bir döyünən qəlblər indi yalqız
Sözsüz keçən bu vida görüşməsi
Epiloq hissəsi kəsir nəfəsi... Çox ağır, aura otaqda
Göz yaşı qurudu qızmış yanaqda
Bezib artıq pərdələr
Bu səhnədən çox kövrələr
Həm saatlar, həm dəqiqələr, birgə dinlənilən nəğmələr
Onlar köməyə gəlmədilər, ağ şahzadə ağ atda getdi
Bu faciəyə tək səbəbkar - qəddar olan həyat da getdi
Bu nağıl deyil, bu reallıqdır, uzun deyil, bircə anlıqdır
Sual yarandı - Deyilən sözlər hansı səhnəyə başlanğıcdır?
Qoy bu görüş dərs olsun sevənlərə və sevilənlərə
Nəhayət, sükut pozuldu, qız bu ağrıdan yoruldu
[Nəqərat]
Sən qanadlarımı bağlayıb qəfəsə
Sevginin sonunu bilmədən zamanı məhv etdin
Məni tərk etdin...
Sən yanan alovu döndərəndə külə
Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin
Məni məhv etdin...
[Bənd 2]
Bir neçə addım geri atdım, canım, həyatımız rahat olacaq sandım
Son dövrlər çox dəyişiklik, çox sualları beynimə saldım
Düşünmə ki, mən bunu istərdim, bağçamızdan son gülü dərdim
Sənə verməkçün, gözüm mənim, qaralır gecələrtək gündüzüm mənim
Yox, dеyiləm mən sektaya daxil, “HOST” bir ailə, mən də daxil
Biz deyilik sıradan gənclərdən, biz gücümüzü alırıq dərdlərdən
Bəlkə də, çox gec qoşulmuşam mən, birdən səbəbini də bilmədən
Hiss еttim içimdəki üsyanı, insanı dünya necə alçaldıb
Yadındamı? - Uşaqlıq illərimiz keçirdi nağıllarla
Cizgi filmlərindən öyrəndiyimiz tərbiyəylə, duyğularla
İndi körpələr gözünü çəkmir şou-biznesdəki axmaqlardan
Onlardan gördüyü tərbiyəylə axı fərqlənə bilməz onlardan
Bu cür kor, axmaq dünya, kimlər üçünsə parlaq dünya
Bu səhvləri görməyə bilmirik, namussuzları söyməyə bilmirik
De, necə aclıqdan palçıq yeməyə möhtac qalmış
Gözləri dolmuş körpələri sevgimizin xoşbəxt yollarında qurban verim?
“İnsafsızsan” - deyə bilərsən, “Bunlar utopiya” - deyə bilərsən
İnancımız çox möhkəmdir, Allahsa daim bizimlədir
Döyüşümüz əvvəl özümüzlədir, inanırıq, qələbə bizimlədir
Yeni dünyanı gətirsəm sənə, “Gəl gedək” - deyərəm sənə yenə
[Nəqərat]
Sən qanadlarımı bağlayıb qəfəsə
Sevginin sonunu bilmədən zamanı məhv etdin
Məni tərk etdin...
Sən yanan alovu döndərəndə külə
Sən bu qəmli günü bəxş edəndə mənə məhv etdin
Məni məhv etdin...