Orkhan Zeynalli
H.O.S.T-landiya
[Giriş]
AiD, H.O.S.T Production, Beat Pro

[Nəqərat]
Rep – ciddi təhlükə, sənə düşmən kəsilib
Rep – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rep – sanki qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca çəkilir tətiklərimiz

Rep – ciddi təhlükə, sənə düşmən kəsilib
Rep – ali məhkəmə, hakimsə H.O.S.T seçilib
Rep – qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca çəkilir tətiklərimiz

[Bənd 1]
Yox olur güc, yox olur pul, yox olur varın-dövlətin
Yox olur əldə olunanlar, yox olur bir ''scandal''la
Yox olur düz, yox olur səhv, yox olur sevgi, nifrətin
Yox olur, danışma haqqın əlindəki qandalla

Yox olur ictimai rahatlığın bir saqqalla
Yox olur göz yaşın da, hansı ki, axır fontanla
Yox olur şöhrətin də, hansı ki, satılır pulla
Çoxunun gözündə kral olmaq olar bir neçə qulla

Qoy cibinə “пачка” dollar, vidalaş suallarla
Doğrunu boş ver, sən qabağa get yalanlarla
Düşüncələr ballada, qəhrəmanlar gizli
Bizim həyatımız muzeydir, sizinki isə Estrada
Hamının əməlləri asılıdır ''rentabel''dən
Kimsə namaz qılır çiyin-çiyinə Ben Ladenlə
Sən, bəlkə də, məşhursan, haradasa Qrenlandiyada
Burada isə bizik kral, bura bizim “HOSTlandiya”dır

[Nəqərat]
Rep – ciddi təhlükə, sənə düşmən kəsilib
Rep – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rep – sanki qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca çəkilir tətiklərimiz

Rep – ciddi təhlükə, sənə düşmən kəsilib
Rep – ali məhkəmə, hakimsə H.O.S.T seçilib
Rep – qanlı qərənfil, şəhidsə sətirlərimiz
Hər səhv addım atdıqca çəkilir tətiklərimiz

[Bənd 2]
Hər gün yeni tərzdə, hər gün yeni ampluada
Bizdən çıxan qan da muzeyə gedir kapsulada
Dəyirmi masa sistemi, mərkəzdə pentaqramma
Bu masa arxasında söz keçirməz Drakula da

Dilimdə ''stigmata'', sözlər axır öz başına
Vurulun sözlərimə, vurulmayın göz-qaşıma
Kim deyir, 1 nəfər olmasa, H.O.S.T-un gücü azalır!?
Niyəsə boş zalda konsert gəlmir yaddaşıma
Sistem kor gözsə, biz onun görmədiyi düz yol
Baş verdi laxtalanma, amma itirilmədi ''control''
Özümüzə planet qurduq, fırlanırıq oksigenlə
Siz sanki volframda, udduğunuz təkcə karbon

''HOSTed'' şəbəkəsində ''track''lərimiz antenadır
Bizim sözlərimiz qan, sizinkilər ''гангрена''dır
Dalımıza düşsəniz də, qabağımıza çıxsanız da
Toqquşa bilmərik, çünki H.O.S.T ayrı bir sfеradır

[Nəqərat]
Rep – ciddi təhlükə, sənə düşmən kəsilib
Rep – sanki məhkəmə, hakimsə H.O.S.T seçilib
Rеp – sanki qərənfil, şəhidsə sətirlərimiz