Orkhan Zeynalli
AiD Vuracaq Qol
[Nəqərat]
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
[Bənd 1]
Repim səni sıxır kommunal borc kimi
Sən xəritədə yersiz Kamboca kimi
Gir qucağa, çağır çağa kimi köməyə məni
Ya da yağ bıçağı götür, gəl öldürməyə məni
Sevgilinin gözünü yum səhnəyə mən çıxanda
Özüm gəlməmişəm, arzuladın, mən çin oldum
Sən “brak” doğulmusansa, günahkar Çin deyil, ''bro''
Cəmiyyətə yeni nəfəsdir bu, içində mentol
İntellektual, qlamur qızlarımız “tipo-tipo”
Baxdıqları kino - ''Titanic'', bir də ''Zita-Gita''
''O margarito...'' Bura Bakı, yoxsa bura Kito?
Dilindəki ton, elə bil ki, sözü çəkir iki ton
''Brand''lər ən yaxın dost dar gündə, hər işdə
Efirlər həyat öyrədir həm əvvəldə, həm “finish”də
Və bizə qarşı olan bəzi-bəzi verilişlər
Bilin, biz ildən-ilə yüksəlişdə, siz enişdə
[Nəqərat]
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
[Bənd 2]
Repim səni dəyişir dövran kimi
Xan kimi danışırsan ''Jeep''ə oturan kimi
Sanki ''Franklin''in sürüsündəsən mal kimi
Çəməninə bağlayır səni qandal kimi
Cavanlar qışqırır küçələrdə, nəsə istəyir
Qocalar çay içir və xilas edir bəşəriyyəti
Bakını bürüyüb qara bulud, bir də bir az da stress
Bakıya lazım deyil pul, lazımdır ''sex''
Sistem sıxdıqca sıxılmaqdan zövq alırsınız
Xarab bütün məhsulları pisləyib, söyüb alırsınız
TV-də bazar verlişlərində gedən bazarlıq
Manıslar topdan satılır, bu fəsil biz qazandıq
Mən söz soxuram, söz girmir, deşik çox balaca
Cibləri böyüyən cəmiyyətin beyni çox balaca
Süfrə açdım sözlərdən hər mətbəxə uyğun
Bilirəm, bu banketdən sonra çoxu tox qalacaq
[Nəqərat]
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - zəhəri dərdimin bitməsin, doldursun dəftəri
Qara küçələr bol - şəhərin hər tini dinləsin, yelləsin əlləri
Təbim gecələr bol - qapısın bərk bağla beyninin, AiD vuracaq qol!
[Bənd 3]
''HOST Production'', səsim çatır hər insana
Bizim ikona - dəyişmirik pula, mikrofonu
Mənim ifamı qoy “ringtone”a BlackBerry, iPhone''a
Mənim motorum “opora”, mənim susmağımdır “fora”
Bu maratonda qələbə verir mənə kantora
Mən ora-bura burun soxmadan çıxdım monitora
Mənə “корона” lazım deyil girmək üçün dona
Nəqəratı xorla oxunaraq ''track''im çatır sona