Orkhan Zeynalli
Ən Ətirli
[Bənd 1: Mərdan Kazımov]
Vuruldum hər səhər Günəşdən öncə
Qaranlığa işıq saçan gözlərinə
Yazanda hər sətirdə eşqdən incə
Tənhalıqdan uzaq qaçan sözlərimə

Ayaqyalın uşaq kimi qaçanda
Yanımda sən olanda göylər gülümsər
Dodaqların gülüşlə nur saçanda
Dodaqların pıçıldar – “mənimsən”

O günlərim uzaqda
Sənsiz ürəyim saxta
Gözlərimi yumanda sən yanımda
Ölümsüz olmasaq da
Hər dərddən ağlasaq da
Sevgin həyat verir yenə

[Nəqərat: Mərdan Kazımov]
Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi
Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehrli bir səs
Sən - cənnətimdə bitən güllərin içində ən ətirlisi
Hər nəğmə sənlə bitən fikirlərimdə uçan ən sehrli bir səs

[Bənd 2: Orkhan Zeynalli]
İlk dəfə gördüm Azadlıq küçəsində
Qəribədir sonradan azadlığım oldun
Artıq iki qış, bir payız, iki bahar
Sən olmayanda rahatlığım olmur
Quşlar çiynimdən qanad açıb
Uçacaq yanaqlarımdan göyə
Hər sabahdan mənə qalan olacaq
Sevərək “sabahın xeyir” - deyən

Mən evdəyəm, bura sənsiz soyuqdur
Necə ki günəşsiz buludlar
Sən nə qədər uzaq getsən belə
Heç vaxt istəmərəm səni unutmaq

Bitmir sənsiz yollarım
Mən çinaram, sən ol barım
Təbiətə qarşıdır yollarım
Yaram varsa belə, məlhəmi qolların

Unutdum nə demək olduğunu doymağın
Səni ilk dəfə öpəndən sonra
Yarandı səbəbi Bakıda qalmağın
Səni ilk dəfə görəndən sonra